İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdam-Xankəndi yolu ilə bağlı SON DƏQİQƏ açıqlaması

2765 18.09.2023 13:37 Siyasət A A

“Azərbaycanın mövqeyi öncədən bəlli idi - hər iki yol paralel istifadə edilməlidir. Qanunlara, beynəlxalq hüquqa əsaslanan mövqeyimizə baxmayaraq, xüsusilə Qarabağdakı qondarma rejim israrla Ağdam-Xankəndi yolunun açılmasına qarşı idi”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Musavat.com-a şərhində bildirib.

metin.jpg (38 KB)

Ekspertin fikrincə, separatçı rejim inadkarlığın ancaq özlərinə ziyan vurduğunu nəhayət ki, anlayıb:

“Ağdam yolunun Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya sülhməramlıları üçün açılması qondarma rejimin yaratdığı süni problemin aradan qaldırılması istiqamətində addımdır. Bunu problemin tam həlli hesab etmək olmaz. Bəlkə də Ermənistan və Qarabağdakı qondarma rejim kompromisə getməyi bacaran, müharibə istəməyən imic yaratmaq istəyir. Ağdam-Xankəndi yolunun perspektivdə açılmaması daha çox ermənilərə zərər vuracaq, ciddi təhdid yaradacaq. Azərbaycan prinsipial olaraq bəyan etdi ki, Laçın-Xankəndi yolu heç bir halda birtərəfli qaydada açılmayacaq və bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi sona qədər qoruyacaq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR