İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağamalı Sadiq Əfəndinin qazi oğlu Nofəl vəfat edib

3995 28.10.2021 20:11 Ölkə A A

Abşeronda evdən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayonun Xırdalan şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 50 yaşlı Əfəndiyev Nofəl Ağamalı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Əfəndiyev Nofəl dissident jurnalist, ictimai siyasi xadim, şair, nasir Ağamalı Sadiqin oğludur. O, 1-ci Qarabağ müharibəsi qazisi idi.

Bu xəbəri mərhumun yaxınları Musavat.com -a təsdiq ediblər. Nofəl Ağamalı oğlu sabah Qazaxın Qaymaqlı kəndində, mərhum atası, şair Ağamalı Sadiq Əfəndinin yanında dəfn ediləcək.

Allah rəhmət eləsin!

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR