İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağacanyan: “Ermənistan tərəfi Azərbaycandan təkliflər alıb”

1186 06.12.2022 16:13 Region A A

“Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər alıb. Bakı və İrəvan danışıqlar prosesinin üçüncü mərhələsinə başlayır”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Eduard Ağacanyan danışıb.

“Bəli, doğrudan da, Ermənistan tərəfi Azərbaycandan təkliflər alıb ki, bu da əslində erməni tərəfinin təkliflərinə cavabdır. Deyə bilərik ki, üçüncü təkliflər paketi müzakirə olunur. Məncə, indi buna sənəd demək düzgün deyil. Bunlar dərc olunmayan təfərrüatlar olduğu üçün mən bu barədə ucadan danışa və açıqlaya bilmərəm”, - deyə Ağacanyan bildirib.

Ağacanyan ilin sonuna kimi Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında görüşün baş tuta biləcəyini istisna etməyib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR