İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evin Ukraynadakı məqsədləri - Blinken

456 14.09.2023 15:14 Siyasət A A

Ağ Ev ABŞ-nin Ukraynaya dəstək verməsində əsasən iki hədəfin olduğunu açıqlayıb.

“Ölkə.Az” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“ABŞ-nin Ukrayna ilə bağlı əsas iki məqsədi var. Birincisi, təbii ki, Rusiyanı Ukraynada hər hansı strateji uğurdan məhrum etməkdir. Çünki bunu etməsək, bu hər yerdə təcavüzkarlara açıq mesaj olacaq. İndi də qeyd etmək çox vacibdir ki, Rusiyanın planları uğursuz oldu. Rusiyanın məqsədi Ukraynanı xəritədən silmək, müstəqil ölkə kimliyinə son qoymaq və onu Rusiyaya daxil etmək idi. Bu, artıq uğursuzluğa düçar olub”, - Blinken deyib.

O həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar ukraynalıların Rusiyanın zəbt etdiyi ərazinin qalan hissəsini geri qaytarmaq üçün “bacarıqlarını maksimuma çatdırmaq” niyyətindədir.

“Bundan əlavə, ABŞ-ın məqsədi həm də Ukraynada sabitliyi təmin etməkdir”, - o qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR