İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev ABŞ əsgərlərinin Ukraynada döyüşməyəcəyini bildirib

314 06.03.2024 03:03 Dünya A A

“Amerika qoşunları Ukraynada döyüşməyəcək”.

“Report” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə Fransa prezidenti Emmanuel Makronun müttəfiqlərə “qorxaqlıq göstərməmək” çağırışını şərh edərkən deyib.

“Mən prezident Makronun sözlərini təhlil etməyəcəyəm. Onun, şübhəsiz ki, öz fikrini bildirmək hüququ və imkanı var. Mən yalnız ABŞ prezidenti, baş komandan Co Baydenin adından danışa bilərəm. Ukraynadakı münaqişənin əvvəlindən o, Amerika qoşunlarının Ukrayna ərazisində döyüşməyəcəyini açıq şəkildə ifadə edib”-deyə, o bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR