İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA Samir Abasovun məsələsinə yenidən baxdı

427 17.05.2021 17:53 İdman A A

AFFA İntizam Komitəsi "Neftçi"nin baş məşqçisi Samir Abasovla bağlı qəbul edilən qərara yenidən baxıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssisə mayın 17-də verilən cəza öz qüvvəsində qalıb.

Qeyd edək ki, Samir Abasov "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIV tur matçından sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsi, aqressivlik göstərməsi, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsi və qeyri-etik ifadələr işlətməsi səbəbindən iki oyunluq cəzalanıb. Klub isə 4000 manat cərimələnib.

Abasov bu səbəbdən mayın 3-də səfərdə "Keşlə"yə (3:0), mayın 8-də isə "Səbail"ə (4:0) qarşı matçları buraxıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR