İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA hakimlərə kompensasiya ödəyəcək

122 16.04.2020 17:16 Son xəbər A A


AFFA 2019-cu ilin yayından hakimlik edən şəxslərə koronavirus pandemiyası üzündən yaranmış vəziyyətlə əlaqədar kompensasiya ödəyəcək.

"Report"un məlumatına görə, bunu AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin avstriyalı sədri Frits Ştuxlik ölkəsinin mətbuatına açıqlamasında deyib.

54 yaşlı mütəxəssis bildirib ki, bu, hətta o vaxtdan oyun idarə etməyən referilərə də şamil olunacaq: "Çünki hazırda çempionatların dayanması onların günahı deyil".

F.Ştuxlik Azərbaycanda hakimlərin 95 faizinin qonorar hesabına dolandıqlarını xatırladıb: "Vəziyyətlə bağlı dövlət onlara dəstək olur. Bu isə o deməkdir ki, vergi ödəyən hamı və futbol assosiasiyasından mükafat alan hər kəs dövlətin dəstəyini alır".

Qeyd edək ki, Azərbaycanda çempionatlar martın 13-də dayandırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR