İnsanlara hürriyət, millətlərə istiqlal!

Afaq Bəşirqızı seriala çəkilir

1025 16.08.2015 00:54 Mədəniyyət A A
Azərbaycanın görkəmli aktyoru, ölməz sənətkar Bəşir Səfəroğlunun yeganə qızı və layiqlli davamçısı olan xalq artisti Afaq Bəşirqızı "Qaynanamız" adlı serialın çəkilişlərinə başlayıb.

Bu gün 60 yaşını qeyd edən xalq artisti Afaq Bəşir qızı bu barədə ANS televiziyasına müsahibə verərkən bildirib. Xalq artisti deyib ki, "Qaynanamız" adlı serialının premyerası Musiqili Komediya Teatrında sentyabr ayının 15-20 tarixləri arasında baş tutacaq.

Musiqili Komediya Teatrının aktrisası müsahibəsində onu da əlavə edib ki, teatrda yeni tamaşa ilə bərabər noyabr ayının 7-də onun yubileyi də qeyd olunacaq. 

Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı, bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Bunlardan "Bəxt üzüyü", "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", 
"Nekroloq", və.s. adlarını qeyd etmək olar. 

Onun ən yaddaqalan rolu "Bəxt üzüyü" filmindəki Söylü obrazı olub. Film mərhum xalq şairi Vaqif Səmədoğlunun eyni adlı əsərinə çəkilib. Kinonun 1991-ci ildə lentə alınmasına baxmayaraq, bu gun də tamaşaçılar tərəfindən böyük maraq və sevgi ilə baxılır. 

Afaq xanım əməkdar və xalq artisti fəxri adlarına layiq görülməklə yanaşı 2 dəfə "Qızıl Dərviş" mükafatçısı olub. Bunlardan əlavə aktrisa, "Şöhrət" ordeni və Prezidentin fərdi təqaüdü ilə təltif olunub. Xalq artisti artıq uzun müddətdir ki, Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışır. Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə isə Afaq xanım 2015-ci il avqustun 13-də "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR