İnsanlara hürriyət, millətlərə istiqlal!

“ADAM” sorğu keçirdi: İsa Qəmbər birinci oldu (Fotolar)

3017 19.08.2013 12:30 Son xəbər A A
Azərbaycan seçiciləri dəyişiklik gözləyir. “ADAM” sosioloji xidməti tərəfindən keçirilmiş “Demokratiya və Azərbaycanda 2013-cü il prezident seçkiləri” mövzusunda sosioloji sorğunun nəticələri bunu göstərir. Sorğunun nəticələri avqsutun 19-da keçirilən tədbirdə açıqlanıb.

Tədbiri giriş sözü ilə açan “ADAM” sosioloji xidmətinin rəhbəri Rüfət Qaragözlü bildirdi ki, sorğu 2013-cü il iyunun 25-dən iyulun 25-nə qədər Bakı, Şəki, Gəncə, Mingəçevir, Lənkəran, Quba şəhərlərində 18 yaşından böyük Azərbaycan vətəndaşları arasında təsadüfi ərazi seçimi metodu ilə sorğu anketi əsasında şəxsi müsahibə vasitəsilə anonim keçirilib: “Sorğuda iştirak edən respondentlərin ümumi sayı 1000 nəfər təşkil edib. Sorğu anketinə 22 sual daxil idi. Statistik səhv +/- 3 % təşkil edib. Sorğunun məqsədi Azərbaycanlıların demokratik dəyərlərə sadiqlik səviyyəsinin,  ölkələrinin gələcək inkişafı yolları ilə bağlı fikirlərinin, habelə Azərbaycanda 2013-cü il prezident seçkilərinə münasibətlərinin müəyyən edilməsi olub. Sorğu göstərib ki, demokratiya tərəfdarlarının və əleyhdarlarının (açıq və gizli) sayı təxminən bərabərdir. Respondentlərin, demək olar ki, yarısı (47,8%) qeyd-şərtsiz ölkənin demokratiya yolu ilə inkişaf etməsini arzu edir, qalan yarısı isə ya “spesifik milli” demokratiya yolu tapmağa çalışır (35,8%), ya da demokratiya olarsa, ölkədə xaos başlayacağından ehtiyat edir (8,9%), yaxud da demokratiyanın ancaq bəla gətirdiyini hesab edərək, ümumiyyətlə onu qəbul etmir (4,8%)”.

Onun sözlərinə görə, respondentlərin yarısından azı (42,7%) doğru olaraq bilir ki, ölkə Konstitusiyasına əsasən, xalq ölkədə hakimiyyətin mənbəyidir, qalan hissəsi isə yanlış olaraq hesab edir ki, onların ölkəsində hakimiyyətin mənbəyi müxtəlif dövlət hakimiyyət institutları – ölkə prezidenti (37,0%), ölkə parlamenti (5,1%), ölkə parlamenti (3,4%) və s.-dir”.

Sorğuda respondentlərin yarıdan çoxu (57,5%) ölkədə demokratiyanın hazırki səviyyəsini “aşağı” olaraq qiymətləndirir (36,6%), ölkədə “ümumiyyətlə demokratiya olmadığını” hesab edir (20,9%), digər hissəsi isə (39,2%) demokratiyanın səviyyəsini “orta” (35,8%) və “yüksək” (3,4%) olaraq qiymətləndirir.

Respondentlərin böyük hissəsi (65,3%) ölkədə demokratik idarəetməni avtoritar idarəetmədən (24,6%) üstün tutur, bu zaman hər onuncu respondent (10,1%) bu məsələdə öz prioritetini müəyyən etməyib.

Cəmiyyətdə demokratiyaya sadiqliq göstəriciləri ilə “ailə” demokratiyası ilə bağlı statistika yaxşı müqayisə olunur. Belə ki, respondentlərin 62,4%-i hesab edirlər ki, ər həmişə mühüm ailə işlərində həyat yoldaşının fikrini nəzərə almalıdır, digər hissəsi isə (36,9%) isə hesab edir ki, həyat yoldaşının fikrini bəzən nəzərə almaq lazımdır (31,1%) və ya qətiyyən (5,8%) nəzərə almaq lazım deyil.

“Söz azadlığının cəmiyyətin normal fəaliyyəti üçün zəruri şərt olduğu” anlayışını respondentlərin 57,8%-i nümayiş etdirib, qalan hissəsi isə ya hesab edir ki, onsuz da layiqincə yaşamaq olar (31,2%), yaxud da düşünür ki, o, ümumiyyətlə lazım deyil, çünki ölkədə xaos mənbəyidir (7,6%).

Respondentlərin 38,6%-i ölkədə söz azadlığının səviyyəsini “yüksək” (3,3%) və “orta” (35,3%) kimi qiymətləndirib, qalan 57,2% isə onun səviyyəsini “aşağı” (36,5%) qiymətləndirir və ümumiyyətlə ölkədə “söz azadlığı olmadığını” hesab edir (20,7%).

“Necə düşünürsünüz, demokratiya nədir?” sualına respondentlərin əksəriyyəti “söz azadlığına riayət etmək” (52,8%), “qanunun aliliyi” prinsipi (28,8%), “əksəriyyətin idarəetməsi” (24,7%), “azad və ədalətli seçkilər keçirilməsi” (17,4%) və s. cavabı veriblər .

Baxmayaraq ki, respondentlərin əksəriyyəti (60,2%) azad və ədalətli seçkilər keçirilməsinin cəmiyyətin normal inkişafının zəruri şərti hesab edir, yenə də az sayda insan hesab edir ki, cəmiyyət onlarsız da keçinə bilər, onlar üçün əsas ölkədə sabitlik və vətəndaşların yüksək maaşı olmasıdır (32,0%), bu zaman 7,8% cavab verməyə çətinlik çəkib.

“Necə hesab edirsiniz, ümumiyyətlə Azərbaycan hansı yolla inkişaf etməlidir” sualına cavabda respondentlər daha çox “Qərb ölkələrinin, o cümlədən Türkiyənin yolu ilə” (34,8%) cavabı veriblər, daha sonra “öz yolumuzla” (26,2%), “ərəb neft ölkələrinin yolu ilə” (13,6%), “keçmiş SSRİ yolu ilə” (13,4%), “MDB ölkələrinin (Rusiya, Belarus, Qazaxıstan və s.) yolu ilə” (5,1%) cavabları gəlib.

Azərbaycanda hazırki idarəetmə sistemini səciyyələndirən respondentlərin böyük bir qrupu onu “saxta demokratiya” (38,1%), daha sonra “yarı-demokratiya və ya məhdud demokratiya” (26,3%), “vəhşi kapitalizm və ya anarxiya” (18,3%) və ya “sovet sistemindən demokratiya və azadlığa keçid dövrü” (9,9%), “tam və əsl demokratiya” (1,8%) adlandırıb.

Baxmayaraq ki, heç də az respondent ümumiyyətlə ölkənin hazırki hakimiyyəti haqqında qənaətbaxş rəy bildirib (31,7%), ümumilikdə respondentlərinəksəriyyəti onu mənfi qiymətləndirib (63,9%).

Elektoratın qarşıda duran prezident seçkilərində səsvermədə iştirak etmək istəyi kifayət qədər böyükdür (71,2%), istənilən halda sözdə .

Qarşıda duran prezident seçkiləri azad və ədalətli keçirilərsə, ən azından səsvermənin ikinci mərhələsi qaçılmazdır (№ № 16, 18), həm də müxalifətin şansı daha üstün görünür: səsvermədə iştirak etməyə hazır olan respondentlərin 61,4%-i müxalifətin namizədinə, hakimiyyətin namizədinə müvafiq olaraq 31,7% səs verməyə hazırdır .

Seçicilərin səs verməyə hazır olduqları siyasətçilər arasında ən çox Müsavat partiyasının sədri İsa Qəmbər (29,0%), hazırki prezident İlham Əliyev (26,0%), Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyov (16,5%), Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli (6,5%), “Heydər Əliyev” Fondunun prezidenti Mehriban Əliyeva (5,8%), Liberal Partiyanın lideri Lalə Şövkət (3,6%), EL hərəkatının sədri Eldar Namazov (1,4%) səs alıb. Seçkilərdə səs verməyə hazır olanların 8,6%-i cavab verməyə çətinlik çəkib .

Respondentlərin təxminən üçdə biri təkcə qarşıda duran prezident seçkilərində səs verməyə deyil, seçkilərdə saxtakarlıqlardan xəbər tutarsa, öz səsini müdafiə etməyə də hazırdır.

Tədbirin sonunda qeyd olundu ki, sorğu “Demokratik Jurnalistlər Liqası” təşkilatının həyata keçirdiyi “Demokratiya və Azərbaycanda 2013-cü il prezident seçkiləri” layihəsi çərçivəsində ABŞ-ın German Marşal Fondunun – Qaradəniz Regional Əməkdaşlıq (The Black Sea Trust – the Regional Cooperation, BST, German Marshall Fund) maliyyə dəstəyi ilə keçirilib.

Fərahim İLQAROĞLU
Fotolar müəllifindir


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR