İnsanlara hürriyət, millətlərə istiqlal!

Acun Ilıcalı illər sonra məşhur aparıcının TV8-dən niyə qovulduğunu AÇIQLADI

3416 24.12.2023 20:12 Şou-biznes A A

Türkiyəli yutuber Ənvər Aysevərin proqramında iştirak edən Acun Ilıcalı ilk dəfə olaraq aparıcı Seda Akgülün iddialarına cavab verib.

Musavat.com xəbər verir ki, illər sonra Acun  Ilıcalı Seda Akgülün TV8-dən niyə qovulduğunu açıqlayıb.

2018-ci ildə TV8 kanlında yayımlanan “Gel Konuşalım”ın aparıcılarından olan Seda Akgül tez-tez Acun Ilıcalı tərəfindən işdən çıxarıldığını iddia edirdi. Seda Akgül Adnan Oktarın məşhur "kedicik"lərindən olan Ceylan Özgülə verdiyi suala görə işdən çıxarıldığını iddia edirdi.

dfdgd

Acun Ilıcalı illər sonra bu iddialara cavab verib.

O, açıqlamasında bunları deyib: "O verilişdə nə var idi ki, mən onu TV-dən qovum. Seda xanımı Tv-də komanda yoldaşları istəmədi deyə işdən çıxarıldı. Bunun səbəblərini də mən dəyərləndirə bilmərəm. O dərhal işdən çıxarılmamışdı. "Məni başqa yerdə işləməyə də qoymur" deyir, amma bir aydan sonra başqa yerdə işləməyə başladı. Amma oradan da çıxarıldı Hamı qadını işə götürüb sonra işdən qovdu. Acun günahkar oldu?. Sonra niyə 5 il ərzində iş tapa bilmədi? Mən ona mane oluram?".

Musavat.com

1675142589170-maxresdefault

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR