İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ordusunda yüksək vəzifə tutan azərbaycanlı kimdir?

10173 17.03.2016 18:13 Son xəbər A A
Bir neçə gündür ölkə mətbuatımızın gündəmini təşkil edən Amerikadakı həmyerlimiz azərbaycanlı, nehrəmli Nəimi Amiral haqqında ətraflı məlumat təqdim edirik.

Avropa.info xəbər verir ki, Əmiralıyev Nəimi Əsgər ( John Naimi Amiral) oğlu Amerika Birləşmiş Ştatlarının Rumıniyada istifadəyə verilən Ballistik Raketlərə Qarşı Müdafiə Sistemi hərbi bazasında xarici əlaqələr bürosunun direktoru vəzifəsinə təyin olunub.

Xatırladaq ki, əsl adı Nəimi soyadı Əmiralıyev olan Jonh Naimi Amiral əslən Azərbaycanın Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir. O, uzun müddətdir ki, Amerika Birləşmiş Ştatlarında yaşayır və Amerika ordusunda zabit idi.

ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndəsi olan Nəimi Amiral Amerika tarixində ilk azərbaycanlı olaraq Vircinia Əyalət Məclisinə daxil olmağa ən uğurlu namizədlərdən olub. 2009-cu il seçkilərində Vircinia Əyalət Məclisinə namizəd olan həmyerlimiz Amerikada yaşayan türklərin də xüsusi dəstəyi ilə 29 sentyabr axşamı Vaşington şəhərinin ən müstəsna yerlərindən biri olan Metropolitan Squarede (Bəya Sarayın tam yanında) Amerikada xüsusi diqqət çəkən bir dəstək mitinqi təşkil edibi. Vaşinqtondaki Türk və Azərbaycan liderlərindən ibarət nümayişçilər Nəimi Amirala hər tərəfli dəstək veriblər. Con Naimi Amiral 3 noyabr 2009 seçkilərində Vircinia Əyalət Məclisinə namizədlər sırasında ən uğurlu namizədlərdən olub. Nəimi Amiral seçkiləri az bir fərqlə rəqibinə uduzub. 

Amerika Birləşmiş Ştatlarındakı siyasi və hərbi sahədəki fəaliyyəti ilə hər zaman başqalarından fərqlənən həmyerlimiz xüsüsi bacarığı sayəsində hər zaman öhdəsinə düşənləri layiqincə yerinə yetirərək zirvəyə çatmağl bacarıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR