İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ vitse-prezidenti Trampın istefasını və öz prezidentliyini heç kimlə müzakirə etmədiyini bildirib

1746 10.09.2018 11:17 Dünya A A

Maykl Pens hətta yalan detektorunda and içməyə hazır olduğunu söyləyib

ABŞ prezidenti Maykl Pens prezident Donald Trampın istefası, bunun nəticəsində isə konstitusiya ilə özünün prezidentlik vəzifəsinə seçilməsini heç kimlə müzakirə etmədyini söyləyib.

Musavat.com TASS agentliynə istinadən xəbər verir ki, Maykl Pens bununla bağlı CBS kanalının “This Morning” kanalına müsahibə də verib.

Verilişin aparıcısı Marqaret Brennan ona “The New York Times” qəzetində Ağ Evin adı gizli saxlanılan əməkdaşının adından dərc olunan məqalədə administrasiya içində Donald Trampa qarşı qiyam olduğu barədə informasiyanı xatırladıb. Həmin məqalədə administrasiyanın bir qrup əməkdaşının konstitusiyanın 25-ci düzəlişini tətbiq edərək, Trampı devirib yerinə Maykl Pensi gətirmək ehtimalından söz açılıb.

Maykl Pens məqalənin müəllifinin özü olması barədə deyilən bütün iddiaları rədd edib və həm qəzetin, həm də anonim müəllifin utanmalı olduğunu söyləyib.

Vitse-prezident günahsızılığını sübut etmək üçün hətta yalan detektorunda ifadə verməyə hazır olduğunu bəyan edib.

O, digər məmurların da bu cür proseduradan keçməsinə Trampın qərar verə biləcəyini bildirib.

Pensin fikrincə, məqalə müəllifi həqiqətən Ağ Evdə yüksək rütbəli əməkdaşıdırsa, ilk növbədə prezidentə deyil, konstitusiyaya içdiyi sədaqət andını pozmuş olub. Mayk Pens olanları ABŞ-ın demokratik sisteminə həyata keçirilən hücum adlandırıb.

Vitse-prezidentdən bu məqaləni əslində onun özünü pis vəziyyətdə qoymaq üçün yayılması versiyası da xəbər alınıb. Maykl Pens “bu barədə heç bir şey deyə bilmərəm” deyə cavab verib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR