İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Britaniyanın yeni sanksiyaları Rusiyanın Çindən asılılığını daha da artıracaq

292 15.04.2024 11:49 Siyasət A A

 

ABŞ və Böyük Britaniyanın yeni sanksiyaları Rusiya metalının Çinə tədarükünün artmasına səbəb olacaq.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.

Agentlik analitikləri hesab edirlər ki,  Çin sanksiyalar nəticəsində Rusiya nefti kimi, metalının da əsas alıcısına çevriləcək.

Bundan əlavə, Şanxay birjasının qlobal iqtisadiyyat üçün vacib olan materialların qiymətlərinin müəyyən edilməsi platforması kimi rolu artacaq.

Belə ki, Şanxay Futures Exchange həmçinin Rusiyadan alüminium, mis və nikel tədarüklərini qəbul edən dünyada yeganə əsas əmtəə ticarət platforması olaraq qalır.

Çinin “Guotai Junan Securities” maliyyə şirkətində hesab edirlər ki, yeni sanksiyalar “Rusiya metalının ABŞ və Böyük Britaniyanın yurisdiksiyasından kənar ölkələrə, xüsusən də Çinə ixracını artırmağa kömək edəcək”. Əlavə tədarük Çində istehsal olunan metalların ixracını da artıracaq, çünki onun sərhədlərində daha çox material yığılır, broker bildirib. Çin İndoneziyaya investisiyalar sayəsində dünyanın ən böyük təmizlənmiş mis və alüminium istehsalçısı və nikel bazarında əsas oyunçuya çevrilib.

Çinli idxalçılar Pekinin Moskva ilə strateji müttəfiqliyindən istifadə edərək, dollarsız ticarət etmək məqsədi ilə yuanla ödəniş etməklə əsas mallarda endirim əldə ediblər. Nəşr qeyd edir ki, bu, Çinin “dolları dünya ehtiyat valyutası mövqeyindən sıxışdırmaq” istəyinə töhfə verib.

Qeyd edək ki, aprelin 12-də Böyük Britaniya və ABŞ metal ticarətində Rusiyaya qarşı sanksiyaları genişləndiriblər ki, bu da o deməkdir ki, LME və Çikaqo əmtəə birjası artıq öz anbarlarını Rusiya mənşəli alüminium, mis və nikellə doldura bilməyəcək. London və Vaşinqtonun birgə bəyanatında qeyd edilib ki, tətbiq edilən məhdudiyyətlər hər iki birjanın anbarlarındakı Rusiya metallarının mövcud ehtiyatlarına şamil edilmir və onlarla ticarət əməliyyatları hələ də həyata keçirilə bilər. Bununla belə, hər iki birja artıq Rusiyadan mis, alüminium və nikel ala bilməyəcək.

Ötən ilin dekabrında Böyük Britaniya Rusiya mənşəli mis, alüminium və nikelin idxalını tamamilə qadağan edib. ABŞ-da oxşar qadağa indi qüvvəyə minir, lakin 13 aprel 2024-cü il tarixindən əvvəl çıxarılan metallara şamil edilmir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR