Musavat.com xəbər verir ki, ABŞ-ın Azərbaycandakı Səfirliyi “Tağıyev: Neft” filminin rejissoru Zaur Qasımlını rəsmi olaraq təbrik edib. Səfirliyin yaydığı məlumatda bildirilir ki, film Hollivudun Motion Picture Arts and Sciences Akademiyası (AMPAS) tərəfindən keçiriləcək 2026-cı il Oskar mükafatlandırma mərasimində Azərbaycanı təmsil etmək üçün seçilib.
Artıq “Tağıyev: Neft” “Ən Yaxşı Xarici Bədii Film” kateqoriyasında dünya üzrə 80-dən çox ölkənin filmi ilə yanaşı yarışacaq. Səfirlik bildirir ki, finalçılar 16 dekabrda Los-Ancelesdə elan olunacaq və ABŞ tərəfi Azərbaycan filminə uğurlar arzulayır.
Açıqlamada həmçinin Hollivudun dünya kino sənayesindəki lider mövqeyi vurğulanır və qeyd olunur ki, ABŞ milyonlarla tamaşaçı tərəfindən izlənilən blockbuster filmlərinin və ən böyük kino industriyasının mərkəzidir.
Qeyd edək ki, 98-ci Akademiya Mükafatları 15 mart 2026-cı ildə keçiriləcək.
Musavat.com






