İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Nikaraquanın rəsmi şəxslərini “qara siyahı”ya salıb

231 16.11.2021 01:24 Dünya A A

ABŞ hakimiyyəti Nikaraqua Baş Prokurorluğuna, eləcə də bu ölkənin 9 rəsmisinə qarşı sanksiyalar tətbiq edib.

Musavat.com Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı press-relizdə deyilir.

Qeyd olunub ki, sanksiyalar Nikaraquada saxta milli seçkilərə cavab olaraq tətbiq edilir.

“Qara siyahı”da adı olanlar arasında, energetika və mədənlər naziri Salvador Mansel, həmçinin Nikaraquanın bir sıra şəhərlərinin merləri də var.

Sanksiyalar siyahısına daxil edilən şəxslərin Birləşmiş Ştatlardakı aktivləri dondurulur, Amerika vətəndaşlarına və ya şirkətlərinə onlarla əməkdaşlıq etməsinə qadağa qoyulur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR