İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ neft hasilatı həcminə görə rekorda nail olub

391 11.03.2024 19:09 İqtisadiyyat A A

ABŞ-da neft hasilatı ardıcıl olaraq altıncı ildir ki, tarixdə istənilən digər ölkənin hasilat səviyyəsini üstələyir.

Musavat.com xəbər verir ki, bu, ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında əksini tapıb.

Hesabata görə, ABŞ-ın neft və kondensat hasilatı 2023-cü ildə orta hesabla gündə 12,9 milyon barel olub. Xüsusilə, ABŞ-da orta aylıq neft hasilatı 2023-cü ilin dekabrında gündəlik 13,3 milyon bareldən çox olmaqla rekord səviyyəyə çatıb.

Eyni zamanda, EIA-nın məlumatına görə, ABŞ-ın neft hasilatı rekordu çətin ki, yaxın gələcəkdə kimsə tərəfindən qırılsın, çünki başqa heç bir ölkə sutkada 13 milyon barel hasilat gücünə çatmayıb. Rusiyada sutkada 10,8 milyon barel olan neft hasilatının pik həddi 2019-cu ildə, Səudiyyə Ərəbistanında isə 2022-ci ildə 10,6 milyon barel olub. Daha sonra bu ölkələrdə hasilat OPEC+ sazişi çərçivəsində məhdudiyyətlər və əlavə könüllü ixtisarlara görə azalıb.

ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı birlikdə 2023-cü ildə qlobal neft hasilatının 40 faizini (sutkada32,8 milyon barel) təşkil edib. Bu üç ölkə 1971-ci ildən bəri digərlərindən daha çox neft hasil edib. Müqayisə üçün qeyd edək ki, növbəti üç ən böyük neft istehsalçısı - Kanada, İraq və Çin birlikdə 2023-cü ildə gündə 13,1 milyon barel hasil edib ki, bu da təkcə ABŞ-ın hasilatından azca çoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR