İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-la Nigeriya 5,1 milyard dollarlıq müqavilə imzalayıb - Gərginlik başa çatdı?

377 23.12.2025 02:14 Siyasət A A

ABŞ-la Nigeriya arasındakı diplomatik mübahisə aradan qaldırılıb.

Musavat.com xəbər verir ki, bunu Nigeriyanın İnformasiya və milli rəhbərlik naziri Məhəmməd İdris "The Cable" qəzetinə deyib: "ABŞ ilə son diplomatik mübahisə Nigeriyanın qətiyyətli və hörmətli mövqeyi sayəsində həll edildi və gücləndirilmiş tərəfdaşlığa səbəb oldu".

Nazir səhiyyə sahəsində əməkdaşlıq haqqında 5,1 milyard dollar dəyərində beş illik ikitərəfli müqavilənin imzalandığınıl vurğulayıb. O bildirib ki, bu, Vaşinqtonun Nigeriyanı bir daha qlobal səhnədə daha etibarlı strateji tərəfdaş, milli maraqlarını irəli sürən və qarşılıqlı faydalı əməkdaşlığa maraq göstərən tərəfləri cəlb edən tərəfdaş kimi gördüyünü göstərir.

Qeyd edək ki, ABŞ və Nigeriya arasındakı münasibətlərdə gərginlik 2025-ci ilin iyul ayında, ABŞ-ın Abujadakı səfirliyi immiqrantlar və diplomatlar istisna olmaqla, əksər nigeriyalılar üçün təkgirişli vizaların verilməsi müddətinin üç aya endirildiyini elan etdikdən sonra başlayıb.

31 oktyabrda ABŞ prezidenti Donald Tramp Truth Social-da xristianlığın "Nigeriyada mövcudluq təhlükəsi ilə üzləşdiyini" bildirib. Nigeriya prezidenti Bola Tinubu bu ittihamları rədd edərək, Afrika respublikasını dini dözümsüzlük ölkəsi kimi xarakterizə etməyin real olmadığını və bu cür qiymətləndirmələrin hökumətin bütün nigeriyalılar üçün din və vicdan azadlığını qorumaq səylərini görməzdən gəldiyini bildirdi.

Ötən həftə ABŞ-ın Nigeriyadakı səfiri Riçard Mills ikitərəfli əməkdaşlıq sahələrini müzakirə etmək üçün xarici işlər naziri Yusuf Tuğqar ilə görüşüb. Konqresmen Rayli Mur bildirib ki, ABŞ və Nigeriya ölkədə terrorizmlə mübarizə aparmaq üçün strateji təhlükəsizlik əməkdaşlığı barədə razılığa gəlməyə yaxındırlar.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR