İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ kəşfiyyatı İranla münaqişədən birtərəfli çəkilmək perspektivini öyrənir

563 29.04.2026 09:05 Dünya A A

ABŞ kəşfiyyatı Ağ Evin xahişi ilə Vaşinqtonun İranla müharibəyə son qoymaq barədə mümkün birtərəfli bəyanatının perspektvini öyrənir.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, ABŞ kəşfiyyat orqanları "ABŞ prezidenti Donald Trampın birtərəfli şəkildə qələbə elan etməsi halında İranın necə reaksiya verəcəyini" təhlil edir.

Agentlik iki ABŞ və 1 İran rəsmisinə istinadən qeyd edir ki, "məqsəd, bəzi ABŞ rəsmiləri və müşavirlərinin bu ilin sonlarında keçiriləcək ara seçkilərdə respublikaçıların əhəmiyyətli dərəcədə məğlubiyyətinə səbəb ola biləcəyindən qorxduğu münaqişədən Trampın birtərəfli qaydada çəkilməsinin potensial nəticələrini anlamaqdır".

Xatırladaq ki, ABŞ-da ara seçkilər noyabr ayında keçiriləcək və bir çox müşahidəçi hazırda hakim Respublikaçılar Partiyasının məğlubiyyətini proqnozlaşdırır.

Bu, əsasən İrana qarşı çox populyar olmayan əməliyyat və nəticədə ölkədə yanacaq qiymətlərinin artması ilə bağlıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR