İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ–İran müharibəsi anonsu: kütləvi təxliyələr başladı, İsrail ordusu həyəcan siqnalı verdi

1051 13.01.2026 23:50 Dünya A A

İsrailin 14-cü kanalı ABŞ-ın yaxın günlərdə İrana hərbi zərbə endirə biləcəyi barədə məlumat yayıb.

Musavat.com xəbər verir ki, məlumatın dərhal ardınca beynəlxalq səviyyədə təhlükəsizlik və təxliyə dalğası başlayıb.

Bildirilib ki, Almaniya, Çin və Tayvan öz vətəndaşlarını təcili şəkildə İranı tərk etməyə çağırıb. İsveç də analoji xəbərdarlıqla çıxış edib.

Eyni zamanda İsrail Müdafiə Qüvvələri (IDF) Nazirlər Kabinetinin qərarından sonra həyəcan səviyyəsini yüksəldib. Ordunun bütün bölmələrinə ehtiyat vəziyyətinə keçmək, mümkün ssenarilərə hazır olmaq barədə göstəriş verildiyi açıqlanıb.

Kanadanın Xarici İşlər Nazirliyi də vətəndaşlarına dərhal İranı tərk etməyi, mümkün olduğu halda Ermənistan və Türkiyə üzərindən çıxmağı tövsiyə edib.

Regional gərginlik fonunda İraq İran–İraq arasında bütün uçuşları müddətsiz dayandırdığını elan edib. Fransa da vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb.

Bununla yanaşı, Fransa, Almaniya, İspaniya, İtaliya, Hollandiya, Birləşmiş Krallıq, Finlandiya və Danimarka İranda baş verən qətllərə etiraz əlaməti olaraq öz ölkələrindəki İran səfirlərini Xarici İşlər nazirliklərinə çağırdıqlarını açıqlayıblar.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR