İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın neft ehtiyatları kəskin artıb

324 28.02.2024 12:43 Dünya A A

Ötən həftə ABŞ-ın xam neft ehtiyatlarında güclü artım qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Amerika Neft İnstitutu (API) açıqlayıb.

API-nin hesablamalarına görə, fevralın 22-28-də ABŞ-da neft ehtiyatları 8,428 milyon barel artıb. Bu, ardıcıl dördüncü həftədir ki, ehtiyatlar artır. ABŞ-ın Energetika Nazirliyinin neft və neft məhsulları ehtiyatları ilə bağlı rəsmi məlumatı bu gün axşam saatlarında açıqlanacaq.

ABŞ-da ehtiyatların artması xəbəri dünya bazarında neft qiymətlərinin 1 dollara qədər azalmasına səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR