İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Livandakı səfirliyinin binası atəşə tutuldu VİDEO

363 05.06.2024 11:42 Dünya A A

 

Suriya vətəndaşlığı olan bir şəxs ABŞ-ın Livandakı səfirliyinə atəş açıb və həmin şəxs hazırda saxlanılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Livan ordusunun bəyanatında deyilir.

Amerika səfirliyi Aukar rayonunda yerləşir. Ərazidəki hərbçilər hücumçuya cavab verib və atıcı yaralanıb. Həmin şəxs saxlanılaraq müalicə üçün xəstəxanaya aparılıb.

Livan ordusunun bəyanatında deyilir: "Hadisənin səbəblərini müəyyən etmək üçün iş aparılır".

Bildirilir ki, diplomatik missiyanın mühafizəçilərindən biri yaralanıb.

Görüntüləri təqdim edirik.

Musavat.сom

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR