İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın ən zəngin ÜÇ AİLƏSİ

2211 14.02.2024 04:23 Dünya A A

Uolton ailəsi “Forbes” jurnalının hazırladığı ABŞ-ın ən zəngin ailələri reytinqində birinci yeri tutub.

Qeyd olunur ki, Uolton ailəsinin sərvəti 267 milyard dollar qiymətləndirilir.

Reytinqdə ikinci yeri 117 milyard dollar sərvətlə Mars ailəsi tutub. Sülalə Virciniya ştatının Maklin şəhərində yerləşən dünyanın ən böyük qənnadı şirkəti “Mars”ın sahibidir. Şirkət “M&Ms”, “Snickers”, “Ben's Original” (düyü) və “Pedigree” it yemi də daxil olmaqla onlarla məşhur brendlərə sahibdir.

İlk üçlüyü sərvəti 116 milyard dollar olan Kox sülaləsi tamamlayır. Çarlz Kox 1967-ci ildə atası Fredin ölümündən sonra dəyəri 125 milyard dollar olan (2022-ci il satışları) “Koch Industries” konqlomeratını ələ keçirib. Çarlz və onun qardaşı Davidin dul arvadı Culia Kox səsvermə hüququ olan səhmlərin 42%-nə nəzarət edirlər.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR