İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: "Laçın dəhlizinin bağlanmasından narahatıq"

3110 17.08.2023 00:22 Son xəbər A A

"Biz humanitar vəziyyəti çətinləşdirən Laçın dəhlizinin bağlanmasından narahatıq. Həyati vacib məhsullar, dərmanlar, uşaq qidalarına əlçatanlıq təmin olunmalıdır. Azərbaycanı dəhliz boyu sərbəst hərəkəti təmin etməyə çağırırıq".

Musavat.com xəbər verir ki, bunuABŞ-ın Birləşmiş Millətlər Təşkilatı(BMT) yanında Daimi Nümayəndəsi Linda Tomas deyib. O qeyd edib ki, tərəflər sülh danışıqlarını davam etdirməlidirlər: "Regionda sülh Dağlıq Qarabağda yaşayan hər kəsin hüquqlarının müdafiəsini, eyni zamanda təhlükəsizliyi təmin etməlidir. ABŞ tərəfləri sülh prosesinə mane olan addımları dərhal dayandırmağı çağırır. Bütün tərəflərə beynəlxalq humanitar hüquqlar çərçivəsində öhdəlikləri yerinə yetirməyə çağırırıq".

 

Nigar HƏSƏNLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR