İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dövlət katibinin köməkçisi: “Azərbaycanla Ermənistan arasında sülh üçün real imkan görürük”

1088 27.11.2023 22:14 Son xəbər A A

“Biz Azərbaycan və Ermənistan üçün sülhə nail olmaq üçün real imkan görürük”.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O Brayn bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilərlə danışıqlar aparması bizi ruhlandırır. Bunun sayəsində (hər iki tərəfin danışıqları-red) regiona fayda üçün real imkan görürük. Məsələn, Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistandan Türkiyəyə keçsə, bu, ticarət yolu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli təkan olacaq.

Bilirik ki, onlar tezliklə sülh sazişinin əldə olunmasında maraqlı olduqlarını bildiriblər və biz bunun baş tutmasını istərdik”, - ABŞ dövlət katibinin köməkçisi deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR