İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da üç yaşlı qız ata-anasının ölümündən sonra körpə qardaşını xilas edib

624 26.04.2019 19:42 Son xəbər A A

Los-Ancelesdə üç yaşlı qız valideynlərinin ölümündən sonra bir neçə gün ərzində ikiaylıq qardaşının qayğısına qalıb.

AZƏRTAC “The Sun” nəşrinə istinadla xəbər verir ki, uşaqların atası yataq otağında həyat yoldaşını güllə ilə vurub, sonra da özü intihar edib. Kişinin uzun müddət depressiyadan əziyyət çəkdiyi bildirilir.

Hadisədən sonra bacı və qardaş evdə tək qalıb. Onları yalnız üç gündən sonra valideynlərinin cəsədləri yanında tapıblar.

Uşaqlar güclü susuzluq keçirib, lakin həkimlər onlara vaxtında tibbi yardım göstərə bilib. Hazırdan bacı və qardaşın həyatı üçün heç bir təhlükə yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR