İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Çaqosu satın almaq istəyir

529 08.06.2026 11:22 Siyasət A A

ABŞ Dieqo Qarsiya Britaniya-Amerika birgə hərbi hava bazasının yerləşdiyi Çaqos arxipelaqını almaq imkanlarını araşdırır.

Musavat.com xəbər verir ki, məlumatı The Telegraph qəzeti yayıb: “Ağ Ev Çaqos adalarını Mavrikidən almaq planını nəzərdən keçirir və bu, Britaniya Baş naziri Keyr Starmerin ərazi üzərində suverenliyi təhvil vermək planını poza bilər".

Nəşrin məlumatına görə, Amerika rəsmiləri ABŞ-ın bazaya tam nəzarəti ələ keçirmək üçün Böyük Britaniyanı keçərək birbaşa razılaşma əldə edə biləcəyi ssenarini araşdırırlar. Bu addım Tramp administrasiyası tərəfindən təklif edilən bir neçə variantdan yalnız biri hesab olunur. Lakin bazanın təhlükəsizliyi məsələsi Ağ Ev daxilində davam edən müzakirə mövzusu olaraq qalır.

Qeyd edək ki, daha əvvəl, 11 apreldə Sky News Britaniyanın Çaqos arxipelaqının Mavrikiyə təhvil verilməsini dayandırdığını bildirmişdi. Tramp bunu "böyük axmaqlıq aktı" adlandırdıqdan sonra razılaşma ləğv edildi.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR