ABŞ ordusu İrana zərbələrin bərpasından bəri ilk dəfə B-1 Lancer strateji bombardmançı təyyarəsindən istifadə edib.
Musavat.com xəbər verir ki, məlumatı Axios ABŞ administrasiyasındakı mənbələrə istinadən yayıb. Bildirilir ki, bu, Vaşinqtonun eskalasiyanı əhəmiyyətli dərəcədə artırdığını göstərir.
Axios xəbər verir ki, ABŞ "İrana zərbələrin bərpasından bəri ilk dəfə B-1 döyüş uçuşu həyata keçirib" və bu da "Amerika hərbi kampaniyasının əhəmiyyətli dərəcədə artması və genişlənməsi"ni göstərir. Zərbələr üçün Britaniya hərbi bazasından istifadə edilib.
Bundan əvvəl Bloomberg mənbələrə istinadən xəbər vermişdi ki, Böyük Britaniyanın yeni baş naziri Endi Börnem sələfi Keyr Starmerin ABŞ-ın İrana zərbələr endirmək üçün Britaniya hərbi bazalarından istifadə etməsinə verdiyi razılığı ləğv etməyib.
Musavat.com






