İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bu ölkədə 5 hərbi baza QURUR

958 16.02.2024 02:03 Dünya A A

ABŞ “Əş-Şəbab” terror təşkilatına qarşı mübarizə aparmaq üçün Somalidə 5 hərbi baza quracağını açıqlayıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Somali Müdafiə Nazirliyi ilə ABŞ-ın Moqadişudakı səfirliyi arasında anlaşma memorandumu imzalanıb.

İmzalanma mərasimində hər iki tərəfdən yüksək səviyyəli rəsmilər, o cümlədən Somali prezidenti Həsən Şeyx Mahmud və ABŞ dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Molli Fi iştirak edib.

İmzalanan anlaşma memorandumu çərçivəsində ABŞ Somalidə “Əş-Şəbab”la mübarizədə 5 hərbi baza quracaq.

Somali ordusunun “Danab” briqadası ilə əlaqəli olacaq hərbi bazalarda, ABŞ əsgərlərinin yerləşdirilməsi ilə yanaşı, Somali əsgərləri üçün hərbi təlim fəaliyyətləri də həyata keçiriləcək.

ABŞ-ın baza yaratmaq qərarının Afrika İttifaqının Keçid Missiyasının (ATMIS) Somalidən çıxarılması planından sonra gəlməsi diqqət çəkir.

Qeyd edək ki, “Əş-Şəbab” 2007-ci ildən Somali hökumətinə və Afrika İttifaqı qüvvələrinə hücum edir, tez-tez şəhərlərdə və kənd yerlərində terror hücumları təşkil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR