İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bir əsr bundan əvvəl apardığı kilsə zənglərini Filippinə qaytarıb

624 17.12.2018 02:51 Qalmaqal A A

Filippin-ABŞ müharibəsi zamanı Amerika ordusu tərəfindən aparılan Samar adasındakı kilsəyə məxsus üç zəng 100 ildən sonra Filippinə qaytarılıb.

AZƏRTAC yerli kütləvi-informasiya vasitələrinə istinadla xəbər verir ki, yerləşdiyi şəhərin adından götürülmüş “Balanqiq zəngləri” adı ilə tanınan bürünc zənglər dekabrın 15-də həmin kilsəyə qaytarılıb.

Zənglərin qaytarılmasına həsr olunan mərasimdə Filippin Prezidenti Rodriqo Duterte kilsənin qarşısına toplaşan mindən çox sakinin qarşısında həmin zəngləri səsləndirib.

ABŞ tərəfinə minnətdarlığını bildirən R.Duterte qeyd edib ki, zənglərin qaytarılması iki ölkə arasında “yeni və daha enerjili mərhələnin” başlanmasının rəmzidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR