İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Bakı ermənisini sanksiya siyahısına saldı: İlginc detallar

780 16.08.2023 21:09 Son xəbər A A

ABŞ Maliyyə Nazirliyi Rusiya, Qazaxıstan və Slovakiya şirkətlərini qara siyahıya salıb. Nazirliyin bu barədə yaydığı açıqlamada bildirilir ki, həmin şirkətlər Şimali Koreya ilə Rusiya arasında silah satışının təşkilində iştirak edirlər.

Qara siyahıya Rusiyanın “Verus”, Slovakiyanın “Versor” (hərbi sənaye məhsulları ilə ticarət edir)və Qazaxıstanın Defense Engineering şirkətləri daxil edilib.

RBK-nın şirkətlərlə bağlı bazasındakı məlumatdan aydın olur ki, 2021-ci ildə Moskvada qeydiyyata alınmış “Verus” MMC qeyri-elektrik məişət avadanlıqlarının istehsalı ilə məşğuldur. Onun təsisçisi Azərbaycanda anadan olmuş, hazırda Slovakiya vətəndaşı olan erməni əsilli Aşot Mkrtıçov, baş direktoru isə Rafael Qazaryandır.

Çox maraqlıdır ki, A.Mkrtıçov qara siyahıya salınan Defense Engineering şirkətinin də təsisçisidir. 2018-ci ildə Astanada qeydiyyata alınan şirkət “geniş spektrli məhsulların ticarəti” ilə məşğuldur.

ABŞ Maliyyə Nazirliyinin araşdırmasına görə, Aşot Mkrıtıçov Slovakiyanın “Versor” şirkətinin də sahibidir.

Yeri gəlmişkən, Aşot Mkrtıçov eyni səbəbdən Böyük Britaniyanın da qara siyahısındadır.

Qeyd edək ki, ABŞ fiziki və hüquqi şəxslərinə Maliyyə Nazirliyinin qara siyahıya saldığı şirkətlərlə hər hansı əməkdaşlıq qadağan edilir, onların ABŞ-dakı aktivlərinə həbs qoyulur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR