İnsanlara hürriyət, millətlərə istiqlal!

81 yaşlı qadın pulunu oğurlamaq istəyən gənc qızı belə döydü - VİDEO

963 20.09.2019 17:40 Dünya A A

İngiltərədə yaşlı qadın bankomatdan pul çıxarmaq istəyərkən gənc qızın hücumuna məruz qalıb.

Musavat.com bu barədə “haberler”ə istinadən xəbər verir.

Məlumata görə, 81 yaşlı Doren Cones bankomatdan pul çıxarmaq istəyərkən gözlənilmədən gənc qızın hücumuna məruz qalıb. Lakin gənc qız D.Conesin pullarını ələ keçirmək istəsə də, ahıl qadın onun arzusunu ürəyində qoyub.

Hadisənin təfərrüatına gəlincə isə, gənc qız uzun müddət bankomatdan pul çıxarmaq istəyən qadını izləyib. 81 yaşlı ahıl qadının bankomata yaxınlaşdığın görən gənc qız, ona əlindəki kağızı göstərərək, başını qatmaq istəyib. Ancaq onun bu planı baş tutmayıb. Doren qızın saçından tutaraq, onu zərərsizləşdirməyə müvəffəq olub. Gənc qız qadının əllərindən zorla çıxaraq, qaçıb.

Hadisədən sonra qısa sürən axtarışlar nəticəsində cinayətkar qız saxlanılaraq, həbs edilib.

Baş vermiş hadisə təhlükəsizlik kameralarına anbaan həkk edilib.

Həmin kadrları təqdim edirik:

Toğrul İsmayıl,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR