İnsanlara hürriyət, millətlərə istiqlal!

7-ci sinif tarix dərsliyində rəzalət - Arsak sözünü xəritəyə kim əlavə edib? FOTO

11037 19.09.2020 19:25 Gündəm A A

Tarix dərsliklərində zaman-zaman üzə çıxan problemlər cəmiyyət tərəfindən həssaslıqla qarşılanır. Son olaraq 7-ci sinif üzrə tarix dərsliyində valideynləri narahat edən bir məqam üzə çıxıb.

Bu barədə eks deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə musavat.com-a məlumat verib.

Onun sözlərinə görə, valideynlər dərsliklərdə yer alan xəritələrin də fotolarını ona göndərərək, problemi nəzərə çatdırıblar: “7-ci sinfin tarix dərsliklərində Arsak ərazisi göstərilib. Diqqətlə baxsanız, Bərdədən aşağı, Naxçıvanın isə üst hissəsində Arsak yazılıb. Bu, bir biabırçılıqdır. Hesab edirəm ki, bunun qarşısı dərhal alınmalıdır, bunu yazanlar da tapılıb cəzalandırılmalıdır”.

Ç.Qənizadə bildirib ki, bununla bağlı bir tarixçinin izahatına rast gəlib. Tarixçi bunun Ərsax sözündən götürüldüyünü, bunun isə bir türk qəbiləsinin adı olduğunu qeyd edib: “Amma görürsünüz ki, ermənilər bunu sonradan Artsax ediblər. Nəyə görə biz bu Ərsaxı yazmalıyıq ki, erməni də bunu Arsax eləsin. Hətta Ərsaq sözündən olsa belə, bunu ermənilərin əlinə bəhanə kimi vermək olmaz”.

Musavat.com mövzunu diqqətdə saxlayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR