İnsanlara hürriyət, millətlərə istiqlal!

68 yaşlı Vaqif postda qaldı! - Hüseyni gözləyən anası var, Xaçaturyanı isə Bakıda... - ŞOK VİDEO, FOTO

7062 29.07.2023 20:15 Gündəm A A

Xəbər verdiyimiz kimi, Xocalı cəlladlarından biri - Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində yaşamış Xaçaturyan Vaqif Çerkezoviç Laçın keçid məntəqəsində yoxlama zamanı müəyyən olunaraq saxlanılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.

vaqif.jpeg (67 KB)

İstintaqla müəyyən edilib ki, qeyd olunan tarixdə 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən, odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib azərbaycanlı milliyyətindən olan 25 nəfəri öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb.

cellad son.PNG (127 KB)

Bundan başqa, Xaçaturyan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub.

Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Laçın postunda saxlanılıb.

Vaqif postda qaldı! Keçə bilmədi! Bu cəllad Xocalıdakı qan gölünə hər qatqısına görə hakim qarşısına çıxacaq, əməllərinin hesabını verəcək. Kəlbətinlə də olsa, dartıb ağzından nə lazımsa, çıxaracağıq. 

Dünyaya “humanitar böhran” rəvayəti danışan Ermənistan bu gün bir daha darmadağın edildi!

Artıq “dünya bu ədalətsizliyə niyə susur” demirik - ədaləti özümüz bərpa edirik! 

Azərbaycanın yaddaşı Dəmir yumruq kimi işləyir! Azərbaycanlıların qanına əli batmış bütün cinayətkarlar öz layiqli cəzalarına çatacaqlar. Körpələrimizi mıxa, şişə keçirən, hamilə qadınlarımızın bətnini yarıb donuzlara tullayan, qız-gəlinimizə təcavüz edən, qoca analarımızı, atalarımızı qan gölündə boğan erməni cəlladları Vaqif Xaçaturyandan dərs götürsünlər gərək. Onların da qapıları döyüləcək bir gün.

Azərbaycanın yaddaşı saat kimi işləyir!

29 iyul 2023-cü il bizə işlədi. Müstəqillik qazandığımızdan bəri bütün dünyaya, xüsusilə bizi özlərinə “düşmən” hesab edən ermənilərə humanistlik göstərdik. Humanizm Azərbaycanın dəyişməz yoludur! Azərbaycanın tutduğu bu yola bu gün bütün dünya bir daha şahid oldu - Vaqif Xaçaturyanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardımın göstərilməsi, həmçinin BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılması təmin ediləcək.

Ermənilər isə aprelin 9-da əsir götürdükləri əgərimizi - 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunu təpiklə, qanlı əlləri ilə qarşılamışdılar. 

huseyn son.PNG (883 KB)

Hüseyni gözləyən anası, ailəsi var, bəs Vaqifi kim gözləyir görəsən? Bu günə qədər eninə-boluna istifadə olunmuş bu qoca qatilin bu gündən sonra kiməsə lazım olacağını düşünmürəm. 

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR