İnsanlara hürriyət, millətlərə istiqlal!

6 yaşlı oğlan Ramzan Kadırovun mühafizəçisi oldu -VİDEO

871 26.07.2019 11:52 Maraqlı A A

Çeçenistanın rəhbəri Ramzan Kadırovu 6 yaşlı oğlan Maqomed-Emi Qaziev mühafizə edəcək.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Kadırov bu barədə “Instagram”da yazıb.

Məlumata görə, uşağın valideynləri yaydıqları video çarxda oğlanın Kadırovu mühafizə etmək istədiyini söyləyiblər. Çeçenistanın rəhbəri onun istəyini reallaşdırmağı qərara alıb.

“Yaşının az olmasına baxmayaraq, oğlan öz qətiyyəti və cəsarəti ilə zəngindir. O, arxamda dağ kimi dayanıb istənilən hücumu dəf etməyə hazırdır”, - Kadırov yazıb.

O, həmçinin əlavə edib ki, respublikanın rəhbəri bu gündən heç nəyə görə narahat olmayacaq, çünki onun yanında 6 yaşlı “professional mühafizəçi” olacaq.

Oğlana Ahmat Kadırov fondunun pulu hesabına tam geyim, əsgəri təchizat, nəqliyyat ayrılıb, uşaq mağazasından isə oyuncaq silah alıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR