İnsanlara hürriyət, millətlərə istiqlal!

54 erməni ailəsi Zabuxdan ÇIXARILIR

1203 10.08.2022 17:07 Region A A

Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşan və özünü “icma rəhbəri” kimi təqdim edən Andranik Çavuşyan Ermənistan mətbuatına son durumla bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, Çavuşyan hazırda evakuasiya işləri ilə məşğul olduqlarını deyib.

“Sakinlər hələ evlərini tərk etməyib. Hazırda biz məktəb binasını boşaldırıq” - Andranik bildirib.

Onun sözlərinə görə, əhaliyə əşyalarını daşımaq üçün yük maşınları ayrılmasa da, məktəb əşyaları üçün “nazirlik” avtomobil yollayıb.

A.Çavuşyan deyib ki, İrəvana köçən ailələrə kirayə haqqı olaraq 40 min dram kompensasiya ödəniləcək.

Jurnalist “Kənddə 200-dən artıq sakin - 54 ailə yaşayır. Onların neçəsi Ermənistana köçəcək” - deyə soruşub.

Andranik bildirib ki, 54 ailədən yalnız 7-si Qarabağda qalacaq. Qalan ailələr İrəvan, Zəngəzur və digər ərazilərə köçəcək.

Qarabağa köçəcək 7 ailənin konkret harada yaşayacağına gəldikdə, Andranik Çavuşyan deyib ki, bu barədə sabah açıqlama verəcəklər:

“Yəqin ki, onlar evlər tikilənədək mehmanxanada qalacaqlar”.

Özünə gəldikdə, Çavuşyan Xankəndidə yaşayacağını bildirib.

Xatırladaq ki, 2014-cü ildə Suriyadan Qarabağa qanunsuz olaraq köç edən Andranik 2016-cı ildə Zabuxda məskunlaşıb. Üstəlik, o, 44 günlük müharibədə Azərbaycana qarşı döyüşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR