İnsanlara hürriyət, millətlərə istiqlal!

"44 gün ərzində torpaqlarımız kənd-kənd geri alınırdı və biz sanki yuxu görürdük..."- məcburi köçkünlərin qayıdış sevinci- VİDEOREPORTAJ FOTO

953 19.11.2020 15:20 Reportaj A A

 

44 günlük Vətən Müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Artıq işğaldan azad olunan torpaqlara qayıdışla bağlı layihələr hazırlanır. Ən vacib olan isə məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qaytarılmasıdır ki, bununla bağlı rəsmi qərar da verilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məcburi köçkünlərin geri qaytarılması könüllülük əsasında həyata keçiriləcək. Bəs, görəsən uzun illər vətən həsrəti çəkən, məcburi köçkün həyatı yaşayan soydaşlarımız bu barədə nə düşünür? Doğma torpaqlarına qayıdışı necə xəyal edirlər?

Bunu öyrənmək üçün "TV Musavat"ın reportyor qrupu olaraq Dərnəgül qəsəbəsində məcburi köçkünlərin yaşadığı yataqxanaya yollandıq. Məlumat üçün bildirək ki, burada 2500-dən çox ailə müvəqqəti məskunlaşıb. Onlar 30 ilə yaxındır ki, öz yurdlarından didərgin düşüblər.

Bizimlə söhbətlərində sakinlər illər ərzində yaşadıqları, gördükləri, eyni zamanda öz torpaqlarına qayıdacaqları günlə bağlı ağız dolusu danışdılar.

Məcburi köçkün yataqxanasından hazırladığımız videoreportajı təqdim edirik:

Afaq Mirayiq
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR