İnsanlara hürriyət, millətlərə istiqlal!

4 yaşlı qız bacısını bıçaqladı, daha sonra öpərək üzr istədi - VİDEO

870 13.02.2024 15:24 Hadisə A A

Türkiyənin Bursa şəhərində 4 yaşlı uşaq 11 yaşlı bacısına bıçaqla xəsarət yetirib.

Musavat.com xəbər verir ki, gənc qız müalicə üçün xəstəxanaya aparılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Hadisə Bursanın İnegöl mahalının Yenice rayonunda baş verib. Hakan-Cansu K. cütlüyü uşaqlarını evdə qoyub bazara gedib. 12 yaşlı Elif 4 yaşında olan bacısı Könüllə evdə oynamağa başlayıb. Bu zaman mətbəxə gedən Könül bıçaqla bacısını iki yerindən bıçaqlayaraq xəsarət yetirib. Evə gələn ailə qızlarının qan içində olduğunu görərək xəstəxanaya aparıblar.

Yaralı yeniyetmə müalicə olunub. Ailə nə baş verdiyini anlaya bilməyib. 4 yaşlı Könül bacısını o vəziyyətdə görəndə ağlamağa başlayıb. Daha sonra bacısını öpərək üzr istəyib.

Hadisəni izah edən 12 yaşlı Elif bunları deyib: "Pəncərədən çölə baxırdım. Bacım mətbəxdən götürdüyü bıçaqla niyə çölə baxırsan deyərək məni bıçaqladı. Ayağımın iki yerindən yaralandım. 

Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.

Musavat.com

4 yaşındaki çocuk 11 yaşındaki ablasını bıçakladı

4 yaşındaki çocuk 11 yaşındaki ablasını bıçakladı

4 yaşındaki çocuk 11 yaşındaki ablasını bıçakladı

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR