İnsanlara hürriyət, millətlərə istiqlal!

3 aylıq körpənin gələcəkdə gey olacağını deyən komik səhnədə şillə yedi

857 05.06.2024 11:35 Dünya A A

İspaniyada ata oğlu haqqında fikir bildirdiyi üçün tamaşa zamanı komediya aktyorunu döyüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qəzəbli ata stend-up komediyaçısının çıxışı zamanı səhnəyə çıxıb və oğlu ilə bağlı zarafat etdiyi üçün onu tamaşaçıların gözü qarşısında döyüb.

Videokameralara düşən hadisə iyunun 3-də axşam saatlarında Madriddə baş verib. Komediya ustası Xayme Karavaka monoloq ifa edərkən bir nəfər səhnəyə qalxaraq onun üzünə yumruq zərbəsi endirib. Komik aktyor küncə sıxışdı və hücumçu onun üstünə qışqırmağa başlayıb: “Bu, oğlum haqqında pedofil şərhləri üçündür! Onun haqqında dediklərini üzümə təkrar et, görüm. Sən bir zibilsən! O körpə cəmi üç aylıqdır!”

Bundan sonra kişi tamaşaçılardan üzr istəyib, “sadəcə övladını qoruyan ata” olduğunu deyib, komediyaçının üzünə daha bir sillə vurub və çıxıb gedib. Daha sonra hücumçunun adının Alberto Pujilato olduğu məlum olub. O, bir gün əvvəl sosial şəbəkədə üç aylıq oğlu ilə fotosunu yerləşdirib. Karavaka şərhlərə gələrək yazıb: “Tamamilə mümkündür ki, oğlunuzgələcəkdə gey olacaq”.

Komediyaçı daha sonra oğlanın qaradərili kişilərlə cinsi əlaqəyə girəcəyinə dair mülahisə yürüdüb və bu, Pujilatonu qəzəbləndirib.

Hadisədən sonra kluba polislər gəlib, ancaq Karavaka onu döyən şəxsdən şikayət etməyib. Pujilatonun məşhur musiqiçi olduğu məlum olub. İspaniya mətbuatında o, qeyri-qanuni immiqrasiya və LGBT icmasının nümayəndələri haqqında tez-tez mənfi danışan biri kimi təsvir edilir. Karavaka isə son dərəcə liberal baxışları ilə tanınır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR