İnsanlara hürriyət, millətlərə istiqlal!

28 minə alınmışdı, 20 milyona satıldı- Arda Gülər kimdir?

1915 06.07.2023 18:27 Son xəbər A A

Xəbər verdiyimiz kimi, Türkiyə millisinin və “Fənərbaxça”nın gənc ulduzu Arda Gülər rəsmən Madrid “Real”ın transfer olundu. “Qafqazinfo”nun məlumatına görə, ispanlar digər nəhənglərlə apardıqları mübarizədə qalib gələrək 18 yaşlı vinger üçün 20 milyon avro ödədilər və keçidə nail oldular.

Hazırda İspaniyanın və dünyanın gündəmində olan gənc istedadın kimliyi isə maraq doğurur. Necə oldu ki, qısa müddətdə ölkəsinin ulduzuna çevrildi?

Arda Gülər 25 fevral 2005-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərinin Altındağ rayonunda dünyaya göz açıb. Futbolçu karyerasına 2014-cü ildə paytaxtı təmsil edən “Gənclərbirliyi” klubunda başlayır. 5 il burada oynadıqdan sonra isə “Fənərbaxça” skautlarının diqqətini cəlb edir. “Osmanlıspor” – “Gənclərbirliyi” oyunundan sonra istanbulluların skautu Serhat Pekmezci onunla maraqlanmağa başlayır. O, 14 yaşlı oyunçunun keçirdiyi matçlardan görüntüləri yığan Pekmezci bunu klubun idman direktoru Damien Komolli və president Ali Koça göstərir.

Eyni zamanda “Qalatasaray” rəhbərliyi də onu heyətinə qatmaq üçün mübarizəyə başlayır. Ali Koç isə “Gənclərbirliyi” prezidenti Murat Cavcavdan şəxsən xahiş edir və Ardanın keçidinə nail olur. Ankara klubuna isə bu transfer üçün 150 min lirə (28 min avro) transfer məbləği ödənilir.

2019-cu ildə onunla rəsmi müqavilə imzalanır. 2 il İstanbul klubunun aşağı yaş qruplarında oynadıqdan sonra 2021-ci ildə əsas heyətə cəlb olunur. İlk oyununu isə UEFA Avropa Liqasının pley-off mərhələsində “Finlandiya”nın “Helsinki” klubuna qarşı keçirir. Bundan cəmi 3 gün sonra o, “Antalyaspor”la qarşılaşmada meydana çıxır və qol ötürməsi edir. İlk qolunu isə 2022-ci il martin 13-də Superliqa oyununda “Alanyaspor”un qapısına vurur.

2022-ci ilin noyabrında “Fənərbaxça”nın heyətində Kiyev “Dinamo”suna qarşı Avropa Liqası qrup matçında meydana çıxır və matçın 23-cü dəqiqəsində qol vurur. Bununla o, Türkiyənin avrokuboklarda qol vuran ən gənc oyunçusu ünvanına sahib çıxır.

Bu oyundan sonra isə  “La Gazetta” nəşri Ardanın fotosunu “uno così una volta ogni 100 anni” (onun kimisi 100 ildə bir dünyaya gəlir) başlığı ilə paylaşır.

“Fənərbaxça”dakı parlaq oyunu ilə Avropa nəhənglərinin də diqqətini çəkən Arda artıq milli komandanın da əsas heyət üzvünə çevrilməyə başlayıb. Alman baş məşqçi Stefan Kuntz onu ilk “11-lik”də meydana buraxmağa başladı.

AÇ-2024-ün seçmə mərhələsində 19 iyunda Uelslə matçda vurduğu qol isə UEFA-nın ilin ən yaxşı qolları siyahısında yer aldı. Onun vurduğu mükəmməl zərbəyə komanda yoldaşları da təəccüblənmişdi.

Arda üçün mübarizəyə bir çox Avropa nəhəngləri qoşulsa da, “Real” və “Barsa” bu transferdə daha israrlı idilər. İki əzəli rəqibin duelindən isə madridlilər qalib ayrıldı.

Qafqazinfo.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR