İnsanlara hürriyət, millətlərə istiqlal!

21 Azər Günü ilə bağlı Güneydə kampaniya başladılıb

700 08.12.2022 16:31 Region A A

 

“21 Azər Günü ilə bağlı Güney Azərbaycan şəhərlərində İran-fars  strategiyasından imtina kampaniyası başladılıb”.

Bu sözləri Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Kanadadakı bölümünün rəhbəri politoloq Aslan İsabəyli Musavat.com-a açıqlamasında deyib.

Aslan İsabəyli qeyd edib ki, İran-fars rejimi hər zaman azərbaycanlı türklərin milli dəyərlərini əlindən almağa çalışıb:

“ 21 Azər Gününün 77-cil ildönümü ilə bağlı başladılan kampaniyada bildirilir ki, İran-fars rejimi  türk millətinin milli dəyərlərini əlindən alaraq, kitablar adı altında millətimizin dəyərlərinə zidd olan dərsliklərlə evimizə girdi, övladlarımızı bu kitablarla bir virus kimi zəhərlədilər. 21 Azər Günündən etibarən bu virusa qarış imtina kampaniyasına başlanılır”.

Eyni zamanda Güney Azərbaycanın şəhərlərində küçələrə 21 Azər günü ilə bağlı elanlar vurulub.

Xatırladaq ki, dekabrın 12-də 21 Azər (12 Dekabr) - Pişəvəri Hərəkatının 77-ci ildönümü olacaq.

Məlum olduğu kimi 1945-ci il dekabrın 12-də (21 Azər) yarandığı elan edilən Azərbaycan Milli Hökuməti bir illik fəaliyyəti zamanı əhalinin həyatına gətirdiyi mühüm yeniliklərlə yaddaşlarda qalıb. Onların siyahısına ana (Azərbaycan) dilində təhsil, savadsızlıqla mübarizə, Təbriz Universitetinin yaranması, torpaq islahatları, fəhlələrin hüquqlarının qorunması və qadınların kişilərlə eyni haqlara malik olması istiqamətində işlər daxildir.

Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli hökumət 1946-cı ilin dekabrında süquta uğrayıb. Belə ki, İran ordusu milli hökumətin paytaxtı Təbriz şəhərini ələ keçirib və hökumətin çoxsaylı üzvləri güllələnib. On minlərlə insan mühacirətə gedib.

Seyid Cəfər Pişəvəri də daxil olmaqla çoxsaylı hərəkat iştirakçısı o zamankı Sovet Azərbaycanına mühacirət edib. Seyid Cəfər Pişəvərinin 1946-cı ildə Azərbaycanın Yevlax rayonu ərazisində avtomobil qəzası nəticəsində vəfat etdiyi bildirilir.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR