İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-cü ilin büdcə sənədi Milli Məclisə təqdim olundu

1013 06.12.2022 08:20 İqtisadiyyat A A

Dövlət büdcəsinin xərcləri 53 milyon 278 min manat artırılaraq, 33 milyard 353 milyon 278 min manat təşkil edəcək

Dekabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi sonuncu (üçüncü) oxunuşda müzakirəyə çıxarılıb və müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 53 milyon 278 min manat artırılaraq. Komitə sədrinin sözlərinə görə, ümumilikdə bu məbləğ 30 milyard 773 milyon 978 min manat təşkil edəcək. Dövlət büdcəsinin xərcləri 53 milyon 278 min manat artırılaraq, 33 milyard 353 milyon 278 min manat təşkil edəcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov çıxışında uşaqpulu məsələsinə toxunub: “Nazir Sahil Babayev bildirir ki, 600 min uşağa müavinət veririk, ona görə də uşaqpulu verməyə ehtiyac yoxdur. Nazirə hər dəfə sual veririk, cavab vermir. Kiminlə müzakirə edək bu məsələni? Qeyd edir ki, 600 min uşağa müavinət verilir, hansı katoqoriyaya aid edilir? Bunun sturukturunu bilmirik. Gəlin, oturaq, müzakirə edək məsələləri, niyə qaçırsınız? Siz statistikanı götürürsünüz, biz də elə statistikaları nəzərə alıb burada çıxış edirik”.

Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun  layihələri müzakirə edilib - AZƏRTAC

Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Naxçıvan Muxtar Respublikası ilə bağlı məsələlərə də toxunub. Modern.az-ın xəbərinə görə, nazir deyib ki, Naxçıvanda aparılan istlahatlar nəticəsində dövlət büdcəsinə daxil olan vəsaitin artması ilə bağlı gözləntilər var: “Əvvəlcədən nə isə demək düzgün olmaz. Bununla bağlı daha ətraflı məlumat veriləcək.  Naxçıvanda aparılan islahatlar nəticəsində dövlət büdcəsinə daxil olan vəsaitin artması ilə bağlı gözləntilər var”.

S.Şərifov daha sonra bildirib: “Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib. Bununla da Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb”. Onun sözlərinə görə, Naxçıvan Baş Gömrük İdarəsi dövlət büdcəsindən maliyyələşdiriləcək: “Bununla da ümumilikdə dövlət büdcəsindən Naxçıvana ayrılan 20,6 milyon manat azaldılaraq, Dövlət Gömrük Komitəsinə verilib”.

“2018-2019-cu illərdə minimum əmək haqqını 130 manatdan 200 manata çatdırdıq. Bu paket bizə 4 milyard manata başa gəldi” - S.Şərifov bildirib. (APA) Nazir qeyd edib ki, hər il pensiyalar üzrə indeksasiya aparılır: “Bu il inflyasiya da var. İnflyasiyanın təsirlərini biz pensiyaçılara kompensasiya etməliyik. Növbəti ildə bizim təkcə pensiya fonduna indeksasiya üzrə xərclərimiz əhəmiyyətli dərəcədə artır. Söhbət 15%-dən az olmayan indeksasiyadan gedir. Ona görə biz baxmalıyıq ki, nə edə bilərik”.

Qeyd edək ki, bu gün Milli Məclisin növbəti iclası keçiriləcək.

ELŞAD,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR