İnsanlara hürriyət, millətlərə istiqlal!

“2023-cü ildə 55.6 mln. manat vəsait dövlət büdcəsinə bərpa olunub”-Tahir Mirkişili  

318 31.05.2024 12:32 İqtisadiyyat A A

 

“Təqdim edilmiş məlumatlara əsaslanaraq demək olar ki, büdcə qaydasının əsas göstəriciləri hədəflənən yuxarı hədləri aşmayıb. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 22,5faiz və yaxud hədəf göstəricidən 2,5 faiz bənd az, dövlət borcunun ÜDM-ə nisbəti isə 21,8 faiz və yaxud hədəf göstəricidən 8,2 faiz bənd az olub”.

Musavat.com xəbər verir ki, komitə sədri Tahir Mirkişili bunu Milli Məclisdəki büdcə müzakirələri zamanı söyləyib. Qeyd edib ki, 2023-ci il ərzində həm daxili, həm də beynəlxalq iqtisadi-siyasi konyuktur Azərbaycan üçün əsasən əlverişli olub, İcmal büdcənin effektiv icrası üçün lazımi şərait formalaşdırıb.

Dövlət büdcəsinin əsas parametrlərindən bəhs edən T.Mirkişili bildirdi ki, gəlirlər, 2023-ci ildə dövlət büdcəsinin gəlirləri 33 890,5 milyon manat proqnoza qarşı 35 236,4 milyon manat təşkil edib:

 “Gəlirlər proqnozla müqayisədə 1 345.9 milyon manat və ya 4,0 faiz çox icra olunub. Dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 28,6 faiz təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 5,7 faiz-bənd çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 45,8 faizi vergi orqanlarının xətti ilə, 18,0 faizi gömrük orqanlarının xətti ilə, 33,3 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 2,9 faizi isə digər gəlirlər üzrə daxilolmaların payına düşür. Dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 17 080.0 milyon manat təşkil edib ki, bu da proqnozdan 1 129.2 milyon və ya 7.1% çoxdur. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin artması onun dövlət büdcəsinin ümumi gəlirlərində xüsusi çəkisini nəzərdə tutulmuş 47.5%-dən 48.5%-dək artıb. Hesabat ilində dövlət büdcəsinin neft sektoru üzə daxilolmaları 18 156.4 milyon manat olub ki, neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsinin ümumi gəlirlərində xüsusi çəkisi nəzərdə tutulmuş 52.5%-dən 51.5%-dək azalıb. 2023-ci ildə vergi orqanları xəttilə dövlət büdcəsinə daxilolmalar 16 126.7 mln manat olub ki, bu da təsdiq edilmiş proqnozdan 1 139.7 milyon manat çoxdur. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 60,2 faizi qeyri-neft sektorunun, 39,8 faizi neft sektorunun payına düşüb. Qeyd etmək istərdim ki, vergi orqanlarının xətti ilə qeyri-neft sektoru üzrə daxilolmaların həcmi 2023-cü ildə 2022-ci illə müqayisədə 1 572 milyon manat artıb, dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi isə 26.5%-dən 27.6%-dək yüksəlib”.

T.Mirkişili bildirdi ki, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar isə 6 337.8 milyon olub ki, bu da təsdiq edilmiş proqnozdan 609.8 milyon manat çoxdur: “Artıma səbəb əsasən idxalın həcminin 16.3%, idxal edilmiş malların qiymət indeksinin isə 16.7%artması ilə izah olunur. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar isə 857 mln manat proqnoza qarşı 480.8mln manat, yəni 56.1% icra edilib. Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan məbləğdə, yəni 11 737,6 milyon manat vəsait daxil olub. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə 321.2 milyon manat proqnoza qarşı icra 151 milyon manat və ya 47% təşkil edib. Hesab edirik ki, Bu mənbə üzrə büdcə daxilolmalarının az icra olunması dividendlərin bölgüsü üzrə yeni qaydaların işlənib hazırlanmasını zəruri edir. Eyni zamanda qeyd etmək istərdim ki, dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində ümumilikdə 55.6mln manat vəsait dövlət büdcəsinə bərpa olunub. Azərbaycan Respublikasının payına düşən qızılın satışından isə 26.3 milyon manat vəsait dövlət büdcəsinə daxil olub”.

 

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR