İnsanlara hürriyət, millətlərə istiqlal!

2022-ci ildə beynəlxalq səhmlər 30 trilyon dollar itirib

542 31.12.2022 11:59 İqtisadiyyat A A

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu fonunda qlobal səhmlər 2008-ci il maliyyə böhranından bəri ən pis ili geridə qoydular.

“Financial Times”-ın məlumatına görə, qlobal səhmlərin ucuzlaşması mərkəzi bankların inflyasiyanı cilovlamaq üçün apardığı mübarizə, eləcə də Ukraynadakı müharibə fonunda baş verib.

Məqalədə qeyd edilir ki, səhm və istiqraz bazarları 2022-ci ildə 30 trilyon dollardan çox itirib.

Bir çox bazarlara əlavə təzyiq dolların əsas valyutalara nisbətdə 9% artımı ilə təmin edib.

İnkişaf etməkdə olan ölkələr çox vaxt dollarla borc götürdükləri, eyni zamanda xam neft kimi bir sıra məhsulları ABŞ valyutası ilə idxal etdikləri üçün ağır zərbələrə məruz qalıblar.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR