İnsanlara hürriyət, millətlərə istiqlal!

1918-ci ilin xəritəsi, Naxçıvana aparan yol və ermənilərin başına iş açmaq istəyən işxanlar

2132 28.05.2022 12:21 Yazarlar A A

Brüssel görüşünün ardınca Arazdəyəndə sərhəd komissiyalarının reallaşan görüşü, növbəti görüşlərin anonsunun verilməsi ilə həm də nəhayət, “daş”ın yerindən tərpədilməsi istiqamətində çalışmalar başlayıb. Müəyyən ümidlər var, hətta Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da hesab edir ki, komissiyaların ikinci - Moskva görüşündə hansısa sənəd hazırlana bilər. Təbii ki, söhbət sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır...

Amma Ermənistandakı daşnaklar kirimək bilmir. Baş daşnak İşxan Saqatelyan pozuculuq prosesinin başında dayanan, həm də görünən fiqurdur. Sözsüz ki, boyundan yuxarı tullanmaq istəyən bu daşnak hansısa dairələrin sifarişini icra edir. Düzdür, o ehtimal da var ki, müxalifətin dil boğaza qoymaması həm də Paşinyanın özünə lazımdır, danışıqların növbəti raundunda dil uzatmaq, “erməni xalqının masaya qoyulan razılaşmaya etiraz etdiyi” görüntüsünü yaratmaq üçün. Elə 5 saatlıq Brüssel görüşündə Azərbaycanın hələ ötən dəfədən təqdim etdiyi 5 şərtə qarşı beşcə kəlmə demək istidarında olmayan erməni baş nazir ölkəsinə qayıdandan sonra yenə də Qarabağdakı ermənilərin “statusu” haqda səy-səy fikirlər söylədi. Buna qədər Moskvadan zəng gəlmişdi, diqqətimizdədir. Bütün bunlara ümumi yanaşanda görürük ki, hər bir erməninin içərisində bir daşnak oturub, daş atır sülhə, barışa, anlaşmaya, Türkə...

İşin içindən iş çıxartmağa cəhd göstərən daşnak İşxan da növbəti aksiyanın Ermənistanın vilayətlərində keçiriləcəyini deyib. Fakt budur ki, İrəvandakı Yerablur qəbiristanlığında övladlarının qəbri üstündə ağlaşma quran sadə ermənilər mitinqçilərə nifrət ifadə edib, “qalan gənclərimizi də aparıb qırdırmaq istəyirsiniz”-deyirlər, özgə torpaqların uğrunda müharibəni rədd edirlər. Amma Ermənistan hakimiyyəti Avropadan 2,6 milyard avronu qopartmaq üçün “demokratiya görüntüsü” yaradaraq Avropa İttifaqı Şurasının da yer aldığı, moderatorluq etdiyi sülh prosesini pozanların ağzını yummağa tələsmir. Həm də yumanda Moskva ağzını açar, “B” planını işə salar, bəlkə də buna görədir...

Beləcə, 28 mayda, saat 18.00-da Ermənistanda ümumrespublika mitinqi keçiriləcək. İrəvandakı aksiya Faransa meydanından başlayacaq. Əslində bu da təxribat planının “kod adı”dır. Fransaya mesaj verirlər həm də. Yəni bizi unutmayın, bizi dəstəkləyin, sizin “kiçik bacınızıq”.

Azərbaycanın tarixi torpaqlarında keçiriləcək mitinqdə iştirak edənlərdən biri tapılacaqmı ki, çıxıb etiraf etsin, desin ay İşxan, səni belə-belə olasan, mitinq elədiyimiz bu şəhəri Azərbaycan Xalq Cümhuriyyəti düz 104 il əvvəl biz ermənilərə bağışlayıb! Bağışlayıb ki, kiriyək, ağzımızı yumaq, bir daha iddia etməyək, sakit yaşayaq. Təbii, inandırıcı deyil, çünki yuxarıda qeyd etdik, dildə bəzi etirafları olsa da, içlərində daşnak var hamısının.

Odur ki, sərhəd komissiyalarında masa üzərində ilk gündən 1918-ci ilin xəritəsinin olması lazımdır.

Əvvəla, bununla bağlı dövlətimizin rəhbəri mövqeyini ifadə edib, bu, artıq danışıqlar üçün yol xəritəsidir. İkincisi də Azərbaycanın təbii haqqıdır, niyə də olmasın? 1918-ci il xəritəsində isə ermənilərin əlində ancaq İrəvan mahalı var idi, sərhəd Göyçə gölünün ortasından keçirdi, Zəngəzur isə iki il sonra bizdən qoparıldı. Ermənilərin dizini yerə qoymaq lazımdır, birdəfəlik, yüz illərlə də özlərinə gələ bilməsinlər. Bu, bir tarixi şansdır həm də Allah bizə bəxş edib. Təbii ki, ermənilərin  bir əsrdən çox müddətdə tökdüyü qanların qarşılığında.

Azərbaycanın 44 günlük müharibədəki zəfərində bir hikmət də var: erməniləri qan tutdu, çox-çox illər gözlərini qan örtən bu daşnak sürüsü tökdüyü qan gölündə boğuldu! Amma bir para çevrələr var ki, daşnakların sağ qalanlarını süni nəfəs aparatına qoşub dirçəltməyə çalışırlar. Necə ki, Anjey Kasprşik yenə İrəvanda peyda olub. Mayın 26-da keçmiş “Qarabağ canişini” Ermənistan XİN başçısı Ararat Mirzoyanla görüşüb. Deyəsən, ona deyən olmayıb ki, daha ATƏT-in Minsk Qrupu yoxdur, ölüb, səhra köməkçisi adlı havayı kabab yeyib, tut arağının “küpünə girən”ə də yer qalmadı, get, pensiyanla yaşa! Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək istəyənlər növbəyə düzülüb, bu da burdan çıxıb. Danışmağa qalsa, Mirzoyanla Bayramov istədikləri vaxt telefonla danışa bilirlər, sərhəd komissiyası da eləcə. Şahin Mustafayev hətta ermənicə əla danışır, ermənilər də etiraf edib, elə isə Kasprşik, sən özünü hara dürtürsən?!

Elə bu kimi cəhdlərdir ki, Ermənistandakı revanşistlər susmaq bilmir, sülh prosesinə qarşı aksiya təşkil edir, bir türkün yaşamadığı halda “Türksüz Ermənistan” adlı absurd şüarla meydana çıxırlar. Kimsə demir ki, Türkiyədə qeyri-leqal 70 min, Azərbaycanda, təkcə Bakıda 30 min erməni yaşayır, ölüb yerə girmirsinizmi?! Deyən yoxdur.

Məsələn, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı dediyini erməni daşnaklar sümük kimi ağızlarına alıb çeynəyirlər, buradan “status iyi” gəldiyini zənn edirlər. Bunun nəticəsidir ki, mayın 28-də Xankəndi, Xocavənd və Xocalıda (!) rus sülhməramlılarının gözü qarşısında anti-Azərbaycan və anti-türk çağırışlarıyla mitinq və yürüşlər keçirilməsi planlaşdırılır.

Qarabağdakı separatçıların başçılarından biri David Babayan isə Gürcüstan və Ukrayna separatçıları ilə qol-boyun olub bu günlərdə. Sxenvalidə Cənubi Osetiya, Donetsk və Luqanskdakı qondarma qurumların başçıları bir araya gəlib və hansısa planları birgə müzakirə ediblər. Bu təmaslar həm də Avropanın sülh planına qarşıdır. Artıq Avropanın Qarabağ ermənilərinin “təhlükəsizliyi” adı altında nağılları bir kənara atmasının vaxtıdır. Tamaşa qurtardı!

İnanmayanlar Bakı səmasındakı “Bayraktar Açınçı”lara, “Türk  şahinləri”nə yaxşı-yaxşı baxsınlar, Ali Baş Komandanın Zəngilan səfərində təməlini qoyduğu layihələrə diqqət eləsinlər. Ağbəndə doğru çəkilən yol Naxçıvana, ordan da qardaş Türkiyəyə aparacaq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR