İnsanlara hürriyət, millətlərə istiqlal!

16 nəfərin ölümünə səbəb olan virusun simptomları: qarın ağrısı, ishal...

711 25.07.2023 12:51 Gündəm A A

Son zamanlar 16 nəfərin ölümünə səbəb olan "Marburq” virusu narahatlıq yaratmaqda davam edir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu il yenidən gündəmə gələn "Marburq” virusu can almaqda davam edir. Son zamanlar yoluxmaların artması ilə diqqət çəkən virus yeni ortaya çıxmayıb.

"Marburq” virusu ilk dəfə 1967-ci ildə Almaniyanın Frankfurt və Marburq şəhərlərində, həmçinin Serbiyanın Belqrad şəhərində müşahidə edilib. 31 nəfərdə aşkarlanan virus 7 nəfərin ölümünə səbəb olub. 2005-ci ildə Anqolada Marburq virusu epidemiyası 300-dən çox insanın ölümü ilə nəticələnib.

Mütəxəssislər bu ölümcül virusla bağlı yenidən xəbərdarlıq edirlər.

Bu ilin əvvəlində Ekvatorial Yeni Qvineya və Birləşmiş Tanzaniya Respublikasında Marburq virusuna yoluxma hallarında artım qeydə alınıb. İndiyədək Yeni Qvineyada virusdan ümumilikdə 12 nəfər, Tanzaniyada isə 4 nəfər ölüb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Ebolaya səbəb olan virusla eyni ailədən olan virus, təsir etdiyi şəxsləri "kabusabənzər” görünüşə məruz qoyur.

Virusun digər əlamətlərinə ishal, ürəkbulanma və qusma, həmçinin yüksək hərarət, şiddətli baş ağrıları və şiddətli zəiflik daxildir. Həmçinin bildirilir ki, virusdan əziyyət çəkən bir çox xəstə diş ətindən, burundan tez-tez qanaxma keçirir və səkkiz-doqquz gündən sonra ölür.

Xəstəliyin müalicəsi yoxdur. Həkimlər xəstəxanaya yerləşdirilən xəstələrə çoxlu miqdarda maye verməklə və ya qan köçürməklə simptomları aradan qaldırmağa çalışsalar da, ÜST bəzi qan məhsulları, dərmanlar və immunoterapiyaların inkişaf etdirildiyini qeyd edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR