İnsanlara hürriyət, millətlərə istiqlal!

100 il sonra ilk dəfə göründü - Qara leopardın möhtəşəm FOTOLARI

4324 17.02.2019 14:12 Maraqlı A A

Nəsli tükənən heyvanların siyahısında olan qara leopardın 100 il sonra fotoları çəkilib. Onun fotolarını Uill Berrard Lukas adlı fotoqraf çəkib. Bu növ leopardın ən son görüntüsü 1909-cu ildə çəkilib.

Fotolar Keniyada meşəlik bir ərazidə çəkilib. Onu digər leopardlardan fərqli edən tək şey rənginin qara olmasıdır. Rənginə görə gecələr onun yalnız gözlərini görmək mümkündür. Bu növ leopardın törəməsi genetik dəyişikliklər nəticəsində olur. Lakin bu, çox nadir görülə və tapıla bilən heyvan növüdür. Xüsusilə də onu vurğulamaq lazımdır ki, bu leopardlar çox səssiz hərəkət edən və tənha yaşamağı bacaran heyvanlardır.

Bir əsrdir ki, fotoları çəkilə bilməyən bu leopard növü yalnız Keniyada Laikipa adlı ərazidə mövcuddur.

Onun fotolarını çəkən fotoqraf bunları deyib: “Qara leopardın Laikipa ərazisində görüldüyü barədə dedi-qoduları eşitməyə başladım. Hazırlaşıb Keniyaya, həmin əraziyə gəldim. Sözügedən ərazidə müxtəlif yerlərə fotoaparatlar yerləşdirdim. 5 gün o leopardın gəlməsini gözlədim. Fotoaparatları toplayıb, yoxlama apardıqda gözlərimə inana bilmədim. Həmin leopardın fotoları kameramda mövcud idi”.

35 yaşlı fotoqraf onu da bildirib ki, bu qara leopardın fotosunu çəkmək onun gənclik arzusu imiş.

1909-cu ildə çəkilən sonuncu qara leopardın fotosu Vaşinqtonda “Smithsonian” milli təbiət tarixi muzeyində sərgilənir.

Turan Oruc,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR