İnsanlara hürriyət, millətlərə istiqlal!

ƏRDOĞANIN MÜŞAVİRİ QƏZETİMİZƏ DANIŞDI

Qeyd edək ki, Arzu Qeybullayeva fəal bloqçulardandır. Ankaranın Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alıb. 2005-ci ildə İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alıb. Milli Demokratiya İnstitutunun proqramında çalışıb. Hazırda fəal ictimaiyyətçidir.
A.Qeybullayevanın atası, Türkiyədə yaşayan və bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Avrasiya məsələləri üzrə müşaviri Qeybulla Qeybullayev bizimlə telefon söhbətində bir müddətdir səhhətində problemlərin olduğunu, buna görə də müəyyən qədər siyasi proseslərlə maraqlana bilmədiyinmi dedi. Q.Qeybullayev onun adının hakimiyyət qəzetində hallanmasını təəccüblə qarşıladığını bildirdi. Eyni zamanda aksiya ilə bağlı xəbərdə onun adının hallanmasını sensasiya axtarışı kimi qiymətləndirdi: “Mən hazırda Türkiyədəyəm, səhhətimdə müəyyən problemlər var. Qızım aksiyanın təşkilatçısı olmayıb, sadəcə ona da təklif göndərilib. İkinci tərəfdən, biz azad cəmiyyətdə yaşayırıq, hər kəsin özünüifadə azadlığı var. Bir neçə gəncin internetdə aksiya təşkil etməsi dövlətə və xalqa qarşı bir iş sayıla bilməz. Mənim qızım Azərbaycan xalqını, dövlətini çox sevir. Hesab edirəm ki, hadisələrə bu şəkildə yanaşıb adımı bu işdə hallandırmaq sensasiya axtarışından başqa bir şey deyil”.
Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2020

BÜTÜN XƏBƏRLƏR