İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəmən üsyançıları iki gündə Qırmızı dənizdə ikinci yunan gəmisinə hücum ediblər

564 08.07.2025 15:30 Son xəbər A A

Yəməndəki “Ənsarallah” qruplaşmasının döyüşçüləri (Əl-Husi ardıclıları) Qırmızı dənizdə Liberiya bayrağı altında yük daşıyan “Eternity C” gəmisinə hücum edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, iki ekipaj üzvü ağır yaralanıb, ikisi itkin düşüb. Hücum Hodeyda sahilindən təxminən 50 dəniz mili aralıda baş verib.

Məlumata görə, hücumda dəniz pilotsuz uçan aparatları, qayıqlar və əldə tutulan tank əleyhinə qumbaraatanlardan istifadə edilib.

Bir neçə gün əvvəl, iyulun 6-da üsyançılar başqa bir Yunanıstan gəmisi “Magic Seas”-ə hücum ediblər və onu batırıblar.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR