İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Tramp–Putin görüşü ərəfəsində irəli sürdüyü tələblər bəlli oldu

539 13.08.2025 18:43 Son xəbər A A

Ukrayna prezidenti Volodimir Zelenski və əsas Avropa müttəfiqləri ABŞ lideri Donald Trampla onlayn sammitdən istifadə edərək Moskva ilə mümkün danışıqlarda öz “qırmızı xətlərini” açıqlayacaqlar.

Musavat.com xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Nəşr yazır ki, Ukraynanın əsas tələbləri bunlardır:

Ərazi məsələlərinin yalnız atəşkəsdən sonra və yekun razılaşma çərçivəsində kompromis zərurəti yarandığı halda müzakirə edilməsi;

Rusiya tərəfindən vurulan ziyanın ödənilməsi. Müxtəlif hesablamalara görə, bu məbləğ 500 milyard-1 trilyon ABŞ dolları arasında dəyişir;

Təhlükəsizlik zəmanətləri;

Hərbi əsirlərin və təxminən 20 min oğurlanmış uşağın Ukraynaya qaytarılması;

Rusiyaya qarşı sanksiyaların qüvvədə saxlanılması.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR