İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada azərbaycanlı "qanuni oğru" Vaqif Süleymanov saxlanılıb - VİDEO

3224 03.07.2025 21:10 Son xəbər A A

Moskvada ən nüfuzlu “qanuni oğrulardan” biri hesab olunan azərbaycanlı Vaqif Süleymanov saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiya mənbələri yayıb.

İddialara görə, Vaqif Süleymanov uzun illərdir kriminal aləmdə tanınır və postsovet məkanında geniş əlaqələrə sahibdir. Onun Moskvada xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilir.

Rəsmi qurumlardan hələlik məsələ ilə bağlı açıqlama verilməyib. Hadisənin detalları və saxlanmanın səbəbi araşdırılır.

Musavat.com məsələni izləməyə davam edir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR